ABŞ təyyarələri havaya qalxdı, Hörmüz səmasında şou - İran üçün qorxulu gecə + FOTO
ABŞ prezidenti Donald Tramp lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq etməkdən çəkinməyəcək .
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Kerolin Livit son açıqlamasında deyib.
Onun Fox News-a müsahibəsindən sitat: "Prezident Tramp həmişə diplomatiyanın ilk seçim olduğunu söyləyib. Bu, həmişə olub və belə olacaq. Lakin o, zəruri hesab edərsə, ölümcül zərbələrdən və ABŞ ordusunun gücündən istifadə etməkdən çəkinməyəcək".
Mətbuat katibinin sözlərinə görə, ABŞ prezidenti "bütün variantları açıq saxlamaqda çox böyük ustadır" və hava hücumları da bu baxımdan istisna deyil.
Leavitt həmçinin bildirib ki, İranın açıq bəyanatları onun özəl kanallar vasitəsilə ABŞ-yə göndərdiyi siqnallardan fərqlənir. Leavittin sözlərinə görə, İslam Respublikasının nümayəndəsi ABŞ-nin xüsusi elçisi Stiven Uitkovla "mediada gördüklərimizdən əhəmiyyətli dərəcədə fərqli bir tonda" əlaqə saxlayıb.
Bu saatlarda isə ABŞ-nin Hərbi dəniz qüvvələrinə aid "Boeing P-8A Poseidon" çoxməqsədli patrul təyyarəsi Hörmüz boğazı üzərində və Bəndər-Abbas səmasında görünüb. Bəziləri bunun İrana gözlənilən hava hücumuna işarə olduğunu düşünür.
Oğuz