Abxaziya “parlamenti" Rusiyanın investisiya sazişini rədd etdi
Abxaziya “parlamenti” Rusiya ilə investisiya sazişini ratifikasiya etməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Rusiya hüquqi şəxslərinin Abxaziya ərazisində investisiya fəaliyyəti haqqında Sazişin ratifikasiyasının əleyhinə 22 deputat səs verib, iki deputat bitərəf qalıb.
Abxaz müxalifətinin nümayəndələri noyabrın 25-də parlamenti ictimai-siyasi qarşıdurmanın dərəcəsini azaltmaq üçün sazişin ratifikasiyasından imtina etməyə çağırmışdılar.
Rusiya və Abxaziya nümayəndələri investisiya sazişi oktyabrın 30-da Moskvada imzalayıblar. Sənəddə Rusiya şirkətlərinin Abxaziyada müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, turizm, nəqliyyat və qaz təchizatında layihələr həyata keçirə biləcəyi nəzərdə tutulurdu. Rusiyadan hər bir layihəyə investisiyanın həcminin ən azı iki milyard rubl olacağı gözlənilirdi.
Abxaziyadakı müxalifətçilər sənədin respublikanın milli maraqlarına xələl gətirdiyini və yerli biznesi əlverişsiz vəziyyətə saldığını vurğulayaraq müqaviləyə qarşı çıxdılar.
Bunun fonunda noyabrın 12-dən Abxaziyada etirazlar başladı. Müxalifətçilər parlament binasını zəbt etdikdən sonra respublikanın “prezidenti” Aslan Bjaniya istefa verməyə məcbur oldu.
KİV-in məlumatına görə, noyabrın 22-də Bjaniya Moskvaya gedib.
Xatirə SADİQ