Aktau qəzasında həlak olan 25 Azərbaycan vətəndaşının adları açıqlandı
Azərbaycanın Səhiyyə Nazirliyi Aktauda “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan 25 ekipaj üzvü və sərnişinin siyahısını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, onlar Azərbaycan vətəndaşlarıdır.
Təyyarədə ümumilikdə 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər sağ qalıb.
Nazirlik qeyd edib ki, həlak olanların bəzilərinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam edir.
Xatirə SADİQ