Peskov AZAL-ın qəzaya uğramış təyyarəsindən danışdı - "Belə düzgün deyil, fərziyyələr..."

“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Aktauda qəzaya uğramasının səbəbləri ilə bağlı fərziyyələr irəli sürmək düzgün olmazdı, 

Dec 26, 2024 - 15:06
Dec 26, 2024 - 15:07
Peskov AZAL-ın qəzaya uğramış təyyarəsindən danışdı - "Belə düzgün deyil, fərziyyələr..."

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Təyyarənin atəşə tutulması ilə bağlı xəbərlərə Peskov belə münasibət bildirib.

“İstənilən aviasiya hadisəsi ixtisaslaşmış aviasiya orqanları tərəfindən araşdırılmalıdır. İstintaqın nəticələrindən əvvəl hansısa fərziyyələr irəli sürmək düzgün olmazdı. Və biz, əlbəttə ki, bunu edə bilmərik və bunu heç kim etməməlidir. Bu araşdırmanın sonuna qədər gözləmək lazımdır”, - deyə Kremlin sözçüsü vurğulayıb. 

O, xatırladıb ki, dünən Rusiya prezidenti Vladimir Putin öz adından və MDB-nin qeyri-rəsmi sammitinin bütün iştirakçıları adından bu təyyarə qəzası nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib, yaralananlara tez sağalmağı arzulayıb. 

Xatirə SADİQ