Ali Koçdan "Fənərbağça"ya VİDA MƏKTUBU - "Bundan sonra..." 

“Fənərbağça”nın sabiq prezidenti Ali Koç klubla vidalaşıb.

Sep 24, 2025 - 14:05
Ali Koçdan "Fənərbağça"ya VİDA MƏKTUBU - "Bundan sonra..." 

SAVASHMEDİA.az xəbər verir ki, 7 il kluba rəhbərlik edən Ali Koç 21 sentyabrda keçirilən seçkilərdə iş adamı Saadettin Sarana 257 səs fərqlə məğlub olub. 

Sarana uğurlar arzulayan A. Koç stadiona gedərək personalla vidalaşıb və şəkil çəkdirib.

Bundan sonra “Fənərbağça”nın Konqres üzvlərinə vida məktubu ünvanlayıb.

“Bu sətirləri sizə böyük bir qürur, dərin bir hüzn və sonsuz minnətdarlıq hissi ilə yazıram. Geridə buraxdığımız illərdə çox şey yaşadıq. Sevincimizi də, kədərimizi də çiyin-çiyinə daşıdıq. “Fənərbağça”ya olan eşqimiz yalnız uğurlarla, kuboklarla deyil, həm də duruşumuzla, inancımızla və bir-birimizə olan bağlılığımızla ölçülür. “Fənərbağça”ya xidmət təkcə vəzifə tutmaqla olmaz. Üzvlük şərəfini daşıyan hər kəsin məsuliyyəti böyükdür. Klubumuz həqiqi gücünü bu zehniyyətdəki üzvlərindən alır.

Hər çətinlikdə bir olduq. Hər uğursuzluqda bir-birimizə dəstək olduq. Bu gün yenə bir olmağın zamanıdır. İncikliyin deyil, aidiyyət, rəqabət və birliyin vaxtıdır.

“Fənərbağça” bir sevda, bir miras, bir həyat tərzidir. Bu sevdaya xidmət etdiyim üçün qürur duyuram. Bundan sonra da hər zaman, hər şəraitdə şəxsən “Fənərbağça”nın əmrində olacağımı bilməyinizi istəyirəm. Birlikdə yeridiyimiz bu yolu heç vaxt unutmayacağam. Yolumuz açıq, ürəyimiz sarı-lacivərd qalsın”. 

Banu