Zelenski Putinə bu türk dövlətini təklif etdi - "Oraya gəl, görüşək"
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ərazisi istisna olmaqla istənilən yerdə Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, Zelenski bu barədə Fox news telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Putinə görüş yeri üçün Avropa və Səudiyyə Ərəbistanı uyğun gəlmirsə, məsələn, Qazaxıstan kimi istənilən başqa ölkə müvafiq ola bilər.
“Mən onu Kiyevə çağırmamışam. Dedim ki, mənimlə görüşmək istəməsə, əlbəttə ki, o (Putin – red.) məni Moskvaya dəvət etmək qərarına gələcək. Bu, sadəcə, bu görüşü təxirə salmaq üçündür. Və mən də dedim ki, bu, mənim onu Kiyevə dəvət etməyim kimi bir şey olardı”, - deyə Zelenski izah edib.
Zelenski qeyd edib ki, Putinin seçim edə biləcəyi çox variant var, çünki çoxlu ölkələr öz ərazilərini sülh danışıqları üçün platforma kimi təklif edir.
“Onun seçimi var. Trampın komandası, mənim komandam, avropalı tərəfdaşlarımız, o cümlədən Makron və digər liderlər və Türkiyə prezidenti – biz hamımız, bütün komandalarımız Türkiyədə və ya Səudiyyə Ərəbistanında, Qətərdə və ya bütövlükdə Avropada – Avstriyada, İsveçrədə görüş təklif edirik. Hətta əgər siz hansısa başqa yerdə istəyirsinizsə, məsələn, Qazaxıstanda – qoy orada olsun. Biz hazırıq”, - deyə Ukrayna prezidenti yekunlaşdırıb.
Xatırladaq ki, Zelenski dünən BMT Baş Assambleyasının 80-ci sammiti çərçivəsində Qazaxıstan prezidenti Kasım Comərd Tokayevlə görüşüb.
Xatirə SADİQ