"Putin arvadımı daha çox bəyənir, soruşdum ki, bəs mən?" - Tramp
ABŞ Prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putin onunla telefon danışığında birinci xanım Melaniya Trampı tərifləyib.
“Fox News”a istinadən xəbər verir ki, o bu barədə Ağ Evdə çıxışı zamanı danışıb.
“Putin mənə dedi ki, “Sizin həyat yoldaşınız böyük hörmətə malikdir”. Soruşdum ki, “Bəs mən?”. “Xeyr, Melaniya daha çox bəyənilir”, - deyə Amerika lideri bildirib. (qafqazinfo)