Alim Qasımovdan nəvəsinin toyda dediklərinə REAKSİYA

Bildiyimiz kimi, bir neçə gün əvvəl Xalq artisti Alim Qasımovun nəvəsi Mövlanənin toy mərasimi baş tutub.

Jan 23, 2026 - 14:34
Alim Qasımovdan nəvəsinin toyda dediklərinə REAKSİYA

SAVASHMEDİA.az xəbər verir ki, toydan yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Fərid adlı bəylə ailə quran Mövlanə bildirib ki, əslində toyunun yay aylarında olmasını istəyib: 

"Bu günə kimi gözüm heç nədə qalmayıb, ailəm hər şeyimi yüksək səviyyədə təmin edib. Eyni rahatlığı, gözəlliyi Fəriddən də tələb edirəm və arzulayıram. Ümid edirəm ki, o da mənə nəyi necə edim dedirtməyəcək. İstəyirdim ki, toyumuz yayda olsun. Heç nə istədiyimiz kimi getmir. Belə qismət oldu. İnsanın ata və anasını heç kim tanımayanda, insan rahat olur. Bizim ailəni hamı tanıdığı üçün biz hər şeyə ehtiyatla yanaşırıq. Ehtiyat edirik ki, məni yox, ana və dədəmi deyəcəklər". 

Mövlanənin "Fəriddən də tələb edirəm və arzulayıram" sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 

Xalq artisti Alim Qasımov “cebheinfo.az”-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə gedən müzakirələri nə izləyir, nə də onlara qulaq asır.

Mən o müzakirələrə heç baxmıram və eşitmirəm. Bu barədə yalnız onu deyə bilərəm ki, Allah xoşbəxt eləsin. Allah cəmi balaları, cəmi nəvələri xoşbəxt eləsin, mənim də balalarım və nəvələrim onların içində. Allah ölkəmizi qorusun, ölkəmiz əmin-amanlıq içində olsun. Allah sizdən də razı olsun, diqqətinizə görə minnətdaram”, - deyə Xalq artisti qeyd edib.