Təhsil krediti üçün qeydiyyat başlayır
2025-2026-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu 31 yanvar 2026-cı il tarixində saat 23:59-da başa çatacaq.
SAVASHMEDİA.az xəbər verir ki, müraciət etmək istəyən şəxslərə prosesi qeyd olunan tarix və vaxta qədər tamamlaması tövsiyə olunur.
Bu barədə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.
Bildirilib ki, 2025-2026-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə 1 fevral 2026-cı il tarixi saat 00:00-dan başlayacaq.
Müraciət etmək istəyən tələbələr aşağıdakı ardıcıl əməliyyatları yerinə yetirməlidirlər:
1. İlk dəfə müraciət edənlər üçün notarial qaydada təsdiqlənmiş (notariat ofisi, “ASAN xidmət” mərkəzi və ya “Mobil notariat” tətbiqi vasitəsilə) razılıq ərizənin alınması. (təkrar müraciət üçün tələb olunmur)
2. Razılıq ərizəsinin nömrəsi ilə e-ttkf.edu.az portalına daxil olub və müraciətin göndərilməsi. (təkrar müraciətdə əvvəlki razılıq ərizəsinin nömrəsi istifadə olunur)
Müraciətlər bayram günləri və həftə sonları da daxil olmaqla hər gün qəbul olunur.
Qeyd: Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.
TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək göstərilməsi məqsədilə Fond tərəfindən yaradılmış yardım masası fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala bilərlər. Qeydiyyat linki: www.e-ttkf.edu.az