Xankəndidəki ermənilər Ermənistana köçdülər - Öz xahişləri ilə...
Azərbaycanın Qarabağ bölgəsində (Xankəndi) yaşayan 10 erməniəsilli şəxs Ermənistana köçüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan bildirib.
“İndiyə qədər Azərbaycan Respublikasında (Qarabağ) yaşayan 10 erməni və bir rusəsilli şəxs Azərbaycan və Ermənistanın müvafiq orqanlarına müraciət edərək, Ermənistan Respublikasına köçmək istəyini bildirib. Müraciətlər əsasında həmin şəxslər Ermənistan Respublikasına köçürülüblər”, - nazir qeyd edib.
Arsen Torosyan bildirib ki, həmin şəxslər 2023-cü ildə Qarabağda yaşayan ermənilərin könüllü şəkildə Ermənistana köçməsindən sonra öz istəkləri ilə Azərbaycanda qalmışdılar.
Aytən