Almaniyanın müdafiə naziri təkzib etdi – “Yalandır…”

Almaniyanın müdafiə naziri Boris Pistorius kansler Olaf Şoltsun üç milyard avro dəyərində Ukraynaya əlavə hərbi yardım paketinin qarşısını alması ilə bağlı iddiaları təkzib edib.

Jan 13, 2025 - 11:46
Almaniyanın müdafiə naziri təkzib etdi – “Yalandır…”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə nazir “Tagesspiegel” qəzetinə müsahibəsində bildirib. 

Alman nazirinin sözlərinə görə, heç bir blokada yoxdur, lakin hökumətdə yeni yardım paketinin daxili təsdiqi hələ bitməyib. 

Pistorius qeyd edib ki, Müdafiə Nazirliyi yeni yardım paketi hazırlayıb, lakin indi onun Kiyevə verilməsi ilə bağlı siyasi qərar qəbul edilməlidir.

Xatırladaq ki, bu yaxınlarda “Şpiegel” xəbər vermişdi ki, Almaniya hökuməti daxilində Ukraynaya təxminən 3 milyard avro dəyərində əlavə silah paketi ilə bağlı mübahisə yaranıb. Kansler Olaf Şolts yeni paketə qarşı çıxıb, çünki o, hesab edir ki, artıq planlaşdırılan yardım kifayətdir. 

Bu paketi xarici işlər naziri Annalena Berbok və müdafiə naziri Boris Pistorius Ukraynadan gələn təcili müraciətlər əsasında formalaşdırıblar. 

Xatirə SADİQ