Amerikalı konqresmen Bdzina İvanişvilini hədələdi 

Amerikalı konqresmen Co Uilson “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini yeni prezident Mixail Kavelaşvilinin inauqurasiyası ilə bağlı xəbərdarlıq edib.

Dec 27, 2024 - 08:04
Amerikalı konqresmen Bdzina İvanişvilini hədələdi 

SAVASHMEDİA.az xəbər verir ki, konqresmen bu barədə “X” platformasında yazıb.

Uilson deyib ki, ABŞ-nin seçilmiş prezidenti Donald Tramp Amerikanın qondarma düşmənlərinə necə münasibət bəslədiyini çox açıq şəkildə ifadə edib.

“Əgər Bidzina İvanişvili dekabrın 29-da gürcü demokratiyasını məhv etmək planını həyata keçirsə, o, heç vaxt təsəvvürünə belə gətirmədiyi cavab gözləməlidir”, - deyə konqresmen əlavə edib. 

Qeyd edək ki, Co Uilson ABŞ Konqresinin Nümayəndələr Palatasının Yaxın Şərq Məsələləri üzrə Xarici Əlaqələr Alt Komitəsinə rəhbərlik edir.

Xatirə SADİQ