Amerikalı merdən qan donduran təklif – “Evsizlərə fentanil verək”
Kaliforniya ştatındakı Lankaster şəhərinin meri Raymond Pərris evsizlər problemini onlara narkotik verməklə çözməyi təklif edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Post” (NYP) yazıb.
Nəşr qeyd edib ki, merin təklifi fevral ayında şəhər şurasının iclasında səsləndirilib.
Bu, sakinlərdən birinin şəhər hakimiyyətinin evsizlər problemini tərk edilmiş qolf meydançasında "məhdüdlaşdırılması” yolu ilə həll etmək cəhdi barədə danışarkən baş verib.
“Mən onlara pulsuz fentanil [narkotik] vermək istəyirəm. Mən onlara istədikləri qədər fentanil vermək istəyirəm”, - deyə Pərris sakinə cavab verib.
Merin qalmaqallı açıqlaması bu yaxınlarda ictimaiyyətə məlum olub.
“Fox 11 LA”nın efirində mer bu təklifini evsiz cinayətkarları nəzərdə tutduğu ilə haqq qazandırmağa çalışıb.
“Mən çox aydın şəkildə bildirdim ki, həbsxanalardan azad edilən kriminal ünsürlərdən danışıram. Hazırda onlar evsiz adlandırılan əhalinin 40-45%-ni təşkil edir. Onlar bizim oğurluqlarımızın, zorlamalarımızın çoxuna və qətllərimizin ən azı yarısına görə məsuliyyət daşıyırlar”, - deyə mer vurğulayıb.
Xatırladaq ki, ABŞ pezidenti Donald Tramp Kanada, Meksika və Çinə qarşı yüksək tarifləri onların fentanilə qarşı kifayət qədər mübarizə aparmadıqları ilə əsaslandırmağa çalışır.
Bu zaman isə şəhərlərdən birinin meri evsizləri həmin fentanillərlə narkoman etməyə çağırır.
Xatirə SADİQ