"Anam xəstə olan kimi atam gedib başqası ilə ailə qurdu..." - Gülüstan Əliyeva
"Anam xəstə oldu, bu zaman atam gedib başqası ilə ailə qurdu. Ögey bacım, qardaşım var. Atam vəfat edəndən sonra istədim onları yanıma gətirib təhsil verim. Amma anaları qoymadı".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Əməkdar artist Gülüstan Əliyeva "Həftənin qonağı" verilişində deyib.
Müğənni valideynlərinin ayrılmasından və ögey bacı-qardaşından danışıb:
"Anam atamı çox sevirdi. Həmin ərəfədə nişanlı idim, ona təəccüblü gəlirdi. Deyirdi ki, nə ola bilər? 45 yaşında insan 5 uşaqla niyə boşanır? İndi də bacımla, qardaşımla əlaqəm var. Təəssüf ki, təhsil almadılar. Amma ehtiyacları olanda deyirlər, əl uzadıram".(axşam.az)