Tramp kameraların çəkdiyini unutmuşdu - Si Cinpin masadan qalxan kimi... + HƏMİN VİDEO 

ABŞ Prezidenti Donald Trampın Çin sədri Si Cinpinlə görüşü zamanı maraqlı an yaşanıb.

May 15, 2026 - 16:17
May 15, 2026 - 16:39
Tramp kameraların çəkdiyini unutmuşdu - Si Cinpin masadan qalxan kimi... + HƏMİN VİDEO 

SAVASHMEDİA.az xəbər verir ki, Pekində keçirilən rəsmi ziyafət zamanı Si Cinpinin masanı qısa müddətlik tərk etməsindən istifadə edən Tramp onun şəxsi bloknotuna baxarkən görüntülənib. 

Həmin kadrlar daha sonra sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.

İstifadəçilər arasında fərqli reaksiyalar doğuran görüntülər görüşün rəsmi diplomatik çərçivəsindən kənara çıxan detal kimi qiymətləndirilib. Bəziləri bunu adi maraq kimi dəyərləndirsə də, digərləri bu davranışı etik ölçülərə sığmayan hal kimi qiymətləndirib.

Qeyd edək ki, Donald Trampın başçılıq etdiyi ABŞ nümayəndə heyətinin Çinə səfəri mayın 13-dən 15-dək davam edib və yüksək səviyyəli görüşlərlə yadda qalıb.

Oğuz

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)