“Aramızda indiyə qədər belə söhbət olmamışdı” - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan Kazanda BRICS sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox əhəmiyyətli adlandırıb.

Nov 13, 2024 - 18:46
“Aramızda indiyə qədər belə söhbət olmamışdı” - Paşinyan

Report-un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Paşinyan bunu çərşənbə günü "hökumət saatı" çərçivəsində danışarkən deyib.

“BRICS sammitində iştirakı çox vacib və səmərəli hesab edirəm. Azərbaycan Prezidenti ilə əvvəlcə şəxsən, sonra isə geniş tərkibdə görüşdən məmnunluğumu ifadə etmək istəyirəm. Qeyd etməliyəm ki, aramızda belə uzun söhbət çoxdan və ya heç vaxt olmayıb. Çox vacib söhbət baş tutdu", - deyə baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan sülh şəraitində yaşamaq üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, qarşıdakı əsrlərdə hansı modellər çərçivəsində müstəqil ölkələr kimi yanaşı yaşamağa hazırlaşdığımız barədə strateji sövdələşməyə ehtiyac var".