Zelenski o paylaşımı Starmerin məsləhəti ilə yazıb

Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna prezident Volodimir Zelenskinin amerikalı həmkarı Donald Trampa “zeytun budağı” təklif etməyə inandırıb.

Mar 5, 2025 - 14:25
Mar 5, 2025 - 14:40
Zelenski o paylaşımı Starmerin məsləhəti ilə yazıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.

Nəşr qeyd edib ki, çərşənbə axşamı Böyük Britaniyanın baş naziri Zelenski ilə telefonla danışıb, ona “sərt həqiqəti” çatdırıb və danışıqların normal məcraya dönməsi üçün Trampa məhz nəyi dəqiq eşitdirməli olduğunu məsləhət görüb.

Qısa müddətdən sonra Ukrayna lideri “X” sosial media saytında ABŞ prezidentinin güclü rəhbərliyini tərifləyən, ölkəsinin hərbi yardımına görə təşəkkür edən və mübahisələrdən təəssüfləndiyini bildirən uzun ismarıc yerləşdirib.

Zelenski bildirib ki, Trampla “danışıq masası arxasına oturmağa” və minerallar üzrə saziş imzalamağa hazırdır, eləcə də dənizdə və səmada atəşkəsi dəstəkləyəcək.

Zelenskinin təklifi barədə Trampın Kiyevə hərbi yardımı dayandırması məlum olandan 24 saat keçməmiş məlum olub. Starmer bazar ertəsi ABŞ prezidenti ilə telefonla danışıb.

“Telegraph” mənbələrinə istinadən belə qənaətə gəlir ki, Britaniya və onun avropalı müttəfiqləri həftəsonu Londonda keçirilən sammitdə Ukrayna liderinə nümayiş etdirilən isti münasibətdən “ona sərt həqiqəti çatdırmaq” üçün istifadə etmək istəyiblər.

Böyük Britaniya hökuməti bu mübahisənin üzərindən xətt çəkməyə təcili ehtiyac olduğunu hesab edib. Lakin Vaşinqtonun mövqeyi sərtləşdikcə Vestminsterdə narahatlıq yaranıb. Onlar hesab edirlər ki, Zelenskinin tviti kifayət etməyə bilər. 

Qeyd edək ki, Zelenski çərşənbə axşamı britaniyalı baş nazirlə söhbətindən sonra “bu mürəkkəb vaxtda məsləhət və dəstəyinə görə” Kir Starmerə minnətdar olduğunu bildirib. 

Xatirə SADİQ