Rusiya 30 günlük atəşkəs təklifini rədd etdi - "ABŞ-nin oyunudur"

Rusiya tərəfi Ukraynanın razılaşdığı 30 günlük atəşkəs təklifi ilə razılaşmayacaq.

Mar 11, 2025 - 23:18
Rusiya 30 günlük atəşkəs təklifini rədd etdi - "ABŞ-nin oyunudur"

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev deyib.

O,hesab edir ki, 30 günlük fasilə yalnız ABŞ-yə Ukraynanı yenidən silahlandırmağa və hərbi əməliyyatları yeni güclə bərpa etməyə imkan verəcək.

Bundan əvvəl Kiyev ABŞ-nin Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında görüşündən sonra əldə olunan müvəqqəti atəşkəs təklifi ilə razılaşıb.

Oğuz