Araşdırma qorxunc həqiqəti ÜZƏ ÇIXARDI - Kərə yağı...
“JAMA Internal Medicine” jurnalında dərc olunan araşdırma qorxunc həqiqəti üzə çıxarıb.
SAVASHMEDİA.az xəbər verir ki, araşdırmaya əsasən, çox kərə yağı istehlak edənlərin erkən ölüm riski etməyənlərdən 15 faiz yüksəkdir.
Araşdırmaya ABŞ-də yaşayan 221 min ortayaşlı və yaşlı insan daxil edilib. Bu insanların 30 illik qidalanma vərdişləri və sağlamlıq nəticələri diqqət mərkəzində saxlanılıb. Məlum olub ki, kərə yağı istehlak edən insanlar daha çox siqaret çəkir və obezitedən əziyyət çəkirlər. İdmana meyilli olmurlar.
Tədqiqatın nəticələri həmçinin göstərib ki, kərə yağı istehlakından bitki mənşəli yağ istehlakına keçid ölüm riskini 17 faiz azaldır.
Banu