Zelenskidən danışıqlarından sonra ilk bəyanat - "Həqiqətləri danışmağın vaxtı çatıb"
Ukrayna prezidenti Volodimir Zelenski hər iki tərəfin razılaşacağı təqdirdə atəşkəsin mümkünlüyündən danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, son danışıqlarda müzakirə edilən əsas məslə haqqında fikirlərini bildirib.
"Həqiqətləri danışmağın vaxtı çatıb", - Ukrayna prezidenti vurğulayıb.
Onun sözlərinə görə, ABŞ dərhal ilk addımı atmağı və bütün cəbhə xətti boyunca tam 30 günlük atəşkəs rejiminin bərqərar edilməsini təklif edib.
Bundan başqa, ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini və Kiyevə təhlükəsizlik yardımını bərpa edəcəyini vəd edib.
Qeyd edək ki, martın 11-də Səudiyyə Ərəbistanında Amerika və Ukrayna nümayəndə heyətləri arasında Ukraynadakı münaqişənin dayandırılmasına həsr olunmuş danışıqlar keçirilib .
Oğuz