Ukrayna Putinin 9 May atəşkəsini RƏDD ETDİ - SƏBƏB

Rusiya Ukraynanın elan etdiyi atəşkəs rejiminə əməl etməyib.

May 6, 2026 - 18:52
Ukrayna Putinin 9 May atəşkəsini RƏDD ETDİ - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko məlumat verib.

O bildirib ki, Rusiya tərəfi atəşkəsə baxmayaraq, Ukrayna ərazilərinə hücumlarını davam etdirib. Sternenkonun sözlərinə görə, bu addımlar Moskvanın atəşkəslə bağlı verdiyi mesajlarla ziddiyyət təşkil edir.

“Bu cür hərəkətlər Vladimir Putinin 9 May münasibətilə elan etdiyi atəşkəsi faktiki olaraq formal xarakterə salır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 4-də Ukrayna Prezidenti Volodimir Zelenski mayın 6-na keçən gecədən etibarən atəşkəsə hazır olduqlarını açıqlamışdı. Ukraynanın xarici işlər naziri Andriy Sibiqa isə bildirib ki, buna baxmayaraq, Rusiya hücumlarını dayandırmayıb. Onun sözlərinə görə, mayın 6-na keçən gecə Rusiya qüvvələri Ukraynaya 108 pilotsuz uçuş aparatı və 3 raketlə zərbə endirib.

Oğuz