Tramp jurnalisti təhdid etdi – “Səsinizi kəsin...”

ABŞ lideri Donald Tramp jurnalistin verdiyi suala qəzəblənib.

Sep 16, 2025 - 19:33
Tramp jurnalisti təhdid etdi – “Səsinizi kəsin...”

SAVASHMEDİA.az xəbər verir ki, prezidentlə jurnalist arasındakı dialoq gündəm olub.

Belə ki, mətbuat konfransında avstraliyalı jurnalist D. Trampa “Bir prezidentin vəzifədə olarkən ticarətlə də məşğul olması düzgündürmü?” sualını ünvanlayıb.

ABŞ prezidenti suala əsəbiləşib və jurnalistdən səsini kəsməsini istəyib:

“Hazırda Avstraliyaya çox ziyan vurursunuz. Bunu liderinizə deyəcəm... Susun!”.

Qeyd edək ki, Tramp ticari fəaliyyətinə görə uzun müddətdir həm müxalifət, həm də beynəlxalq mətbuat tərəfindən tənqidlərə məruz qalır.

Banu