Netanyahu Ərdoğana cavab verdi

“Yerusəlim (Qüds) İsrailə məxsusdur və həmişə də belə olacaq”.

Sep 16, 2025 - 19:28
Netanyahu Ərdoğana cavab verdi

SAVASHMEDİA.az xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

“Bu, bizim şəhərimizdir, cənab Ərdoğan, sizin deyil. O, həmişə bizim olacaq”, - Netanyahu qeyd edib.

İsrail KİV-in yazdığına görə, baş nazirin sözləri 2020-ci ildə parlamentdə çıxışı zamanı Qüdsün vaxtilə Osmanlı İmperiyasının tərkibində olduğunu bildirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanıb.