Ukrayna tərəfi Putinlə görüş məsələsini qaldıracaq – "Sky News"
Rusiya tərəfi ilə görüşdə Ukrayna nümayəndə heyəti Putin və Zelenski arasında görüşün müzakirə olunmasını israr edəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Sky News Ukrayna mənbələrinə istinadən məlumat yayıb.
Ukrayna nümayəndə heyətinin müzakirə edəcəyi prioritet məsələlər arasında atəşkəs də var.
Xatırladaq ki, Rusiya tərəfi bu danışıqlar zamanı ABŞ və Türkiyə nümayəndələrinin iştirakına qarşı çıxıblar.
Türkiyə nümayəndələrinin iştirakı yalnız salamlama sözləri ilə məhdudlaşa bilər.
Xatirə SADIQ