Ərdoğandan Trampın Qəzza planına dəstək
"Trampın Qəzzadakı səylərini yüksək qiymətləndirirəm"
SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, masada olan sülh planına aşaöğıdakı kimi münasibət bildirib:
“Qəzzada qan axınının dayanması və atəşkəsin təmin olunması üçün ABŞ Prezidenti cənab Trampın göstərdiyi səyləri və liderliyini yüksək qiymətləndirirəm. Tərəflərin qəbul edəcəyi ədalətli və qalıcı bir sülhün bərqərar olması üçün Türkiyə olaraq biz də prosesə töhfə verməyə davam edəcəyik”.
Səlcuq