Madaqaskar prezidenti hökuməti buraxdı

Madaqaskar Prezidenti Andri Radzuelina ölkədəki etirazlar fonunda hökumətin buraxıldığını elan edib. 

Sep 30, 2025 - 01:54
Madaqaskar prezidenti hökuməti buraxdı

SAVASHMEDİA.az xəbər verir ki, o, üç gündən sonra yeni baş nazir təyin etməyi planlaşdırdığını deyib.

"Mən ölkədə idarəetmə sistemini hərtərəfli nəzərdən keçirəcəyəm və islahatlar aparacağam", - dövlət başçısı xalqa müraciətində bildirib.

Qeyd olunur ki, bu qərar sentyabrın 25-də baş verən və bu günə qədər davam edən elektrik enerjisi və su təchizatında yerli sakinlərin kütləvi etirazlarından sonra verilib. Etirazlar iğtişaşlarla nəticələnib, 22 nəfər ölüb, 100-dən çox adam yaralanıb.