Saxarov mükafatı Venesuela müxalifətçilərinə verildi

Avropa Parlamenti (AP) Andrey Saxarov adına “Fikir Azadlığı uğrunda” mükafatı Venesuela müxalifətinin liderlərinə verdi. 

Oct 25, 2024 - 12:39
Saxarov mükafatı Venesuela müxalifətçilərinə verildi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

AP sədri Roberta Metsola bu qərarı Strasburqda bəyan edib. Onun bəyanatında bilıdirilib ki, Avropa İttifaqının (Aİ) insan haqları üzrə ən yüksək mükafatına Venesuela prezidentliyinə keçmiş namizəd Edmundo Qonsales Urrutia və müxalifətçi siyasətçi Mariya Korina Maçado layiq görülüb. 

Metsolanın sözlərinə görə, bu mükafat həmin siyasətçilərə Venesuelada azadlıq və demokratiyanı bərpa etmək üçün göstərdikləri cəsarətli mübarizəsinə görə təqdim edilib.  

Qeyd edək ki, iyunun sonunda Venesuelada keçirilən prezident seçkilərindən sonra baş tutan etiraz nümayişlərində müxalifətin 2400 nümayəndəsi həbs olunub. Hazırda Maçado hökumətdən gizlənib, Qonsales isə İspaniyaya qaçmağa məcbur olub. Sentyabrda ona bu ölkədə siyasi səığınacaq verilib.

Xatırladaq ki, bu mükafata yekun namizədlər arasında azərbaycanlı siyasətçi Qubad İbadoğlu da vardı. 
    
Xatirə SADİQ