Araz Musayev vurulmazdan öncə bu vəzifəli şəxsi ittiham edib - "Üstümə adamlar yollayıb"
Xəbər verdiyimiz kimi, Muay-Tay Federasiyasının sədri Araz Musayev Antalyada vurulub.
SAVASHMEDİA.az xəbər verir ki, ajans.az-ın əldə etdiyi məlumata görə, o, bu gün səhər saatlarında “WhatsApp” platformasında paylaşım edib.
O paylaşdığı statuslarda Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovu ittiham edib.
A. Musayev bildirib ki, E. Məmmədov muay-tay idmançılarının qarşısını almaq istəyir.
Hətta Araz Musayev onu da qeyd edib ki, Elnur Məmmədov onun üzərinə bir qrup şəxs yollayıb.