Arda Gülər həmin cərimə zərbəsini günlərlə məşq edibmiş - VİDEO YAYILDI
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində baş tutan “Bavariya” – “Real Madrid” qarşılaşması futbolsevərlərə yaddaqalan anlar yaşadıb.
SAVASHMEDİA.az xəbər verir ki, matçın ən çox müzakirə olunan tərəfi isə Arda Gülərin performansı olub.
Qarşılaşmanın 29-cu dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirən Arda Gülər topu rəqib qapısından keçirərək dublunu rəsmiləşdirib.
Maraqlı məqamlardan biri də futbolçunun bu cərimə zərbəsi üzərində öncədən işlədiyinin ortaya çıxmasıdır. Belə ki, Arda Gülərin məşqlər zamanı oxşar zərbələri dəfələrlə yerinə yetirdiyini əks etdirən görüntülər yayılıb.
Oğuz
Həmin videonu təqdim edirik: