Arzuolunmaz tüklərdən azad edən möcüzəvi qarışım - Resept

Arzuolunmaz tüklərdən qurtulmağın müxtəlif üsulları var. Bəzləri bunun üçün epilyasiya etdirir, bəziləri isə tüktökücü kremlərdən istifadə edir.

Apr 1, 2025 - 22:33
Arzuolunmaz tüklərdən azad edən möcüzəvi qarışım - Resept

Lakin yüksək məbləğ ödəmədən və ya xərcləmədən bu tüklərdən xilas olmaq mümkündür. Bunun üçün sadəcə olaraq süd, zərədçal(sarıkök) və limon şirəsi lazımdır.

SAVASHMEDİA.az dəriyə və cibə zərər vermədən lazımsız tüklərdən xilas edən qarışımı oxucularına təqdim edir:

1 çay qaşığı zərdəçal
2 xörək qaşığı süd
1 çay qaşığı limon şirəsi

HAZIRLANMASI

Qaba 1 çay qaşığı zərdəçal tökün. Üstünə 2 xörək qaşığı süd və 1 çay qaşığı limon şirəsi əlavə edib qarışdırın.Hazırladığınız qarışımı arzuolunmaz tüklərin olduğu yerlərə sürtün.

15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun və yumşaq bir dəsmal ilə xəfif şəkildə qurulayın. Bu proseduru həftədə 3 dəfə davamlı olaraq etsəniz, arzuolunmaz tüklərin azaldığını görəcəksiniz. Çünki bu qarışım tük köklərinə təsir edərək tük soğanaqlarını qurudur.

Banu