77 kvadratmetrlik mənzil, bir "Niva" və... - Putinin əmlakı açıqlandı

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.

Apr 1, 2025 - 23:21
Apr 1, 2025 - 23:51
77 kvadratmetrlik mənzil, bir "Niva" və... - Putinin əmlakı açıqlandı

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qanuna görə, yüksəkvəzifəli dövlət qulluqçuları hər il aprelin 1-ə qədər öz gəlir və xərcləri, həmçinin həyat yoldaşlarının və yetkinlik yaşına çatmayan uşaqların gəlir və xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Lakin 2023-cü ildən bu məlumatlar bəyan edilsə də, dərc edilmir. Belə ki, 2022-ci ildə Putin müharibə dövründə vəzifəli şəxslərin gəlir, xərc və digər əmlak məlumatlarının KİV-də dərc edilməməsi barədə fərman imzalayıb.

Putinin ictimaiyyətə açıqlanan son bəyannaməsində (2021-ci il üçün) 77 kvadratmetr mənzil, 18 kvadratmetr qaraj, iki köhnə "Volqa" QAZ-M21, "Niva" yolsuzluq avtomobili və "Skif" qoşqusu qeyd olunub. Putin, həmçinin 153.7 kvadratmetr mənzildən istifadə edir. Bütün bu əmlaklar Rusiyada yerləşir.

Yağmur