“Avroviziya-2025”in qalibi bu mahnı oldu - VİDEO
İsveçrədə keçirilən “Avroviziya-2025” mahnı müsabiqəsinin finalı başa çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, yarışmada Avstriya təmsilçisi - JJ (Yohannes Piç) "Wasted Love" mahnısı ilə qalib gəlib.
İkinci yeri İsrail, üçüncü yeri Estoniya təmsilçisi qazanıb.
“Arena Plus”da keçirilən yarışda 26 ölkə mübarizə aparıb.
Fransa, Almaniya, İspaniya, İtaliya, Böyük Britaniya və İsveçrə birbaşa finala çıxıb.
Qeyd edək ki, finalda Azərbaycan İsrail təmsilçisinə səs verib.