Ayxan Abbasovla mübahisə etdi, millidən uzaqlaşdırıldı

Azərbaycan milli futbol komandasının hücumçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Ukrayna yığmasına qarşı oyunda (1:2) iştirak etməməsinin səbəbi məlum olub.

Oct 16, 2025 - 01:26
Ayxan Abbasovla mübahisə etdi, millidən uzaqlaşdırıldı

SAVASHMEDİA.az-ın azerisport.com-a istinadən yaydığı məlumata görə, 26 yaşlı hücumçu Fransaya qarşı keçirilən oyunun ikinci hissəsində meydana buraxılmalı imiş. Lakin taktiki və oyunla bağlı səbəblərə görə, onun əvəzinə başqa bir futbolçu oyuna daxil edilib. 

Bu qərar Polşanın "Motor" klubunda çıxış edən və hazırda ən yaxşı formada olmayan hücumçunun xoşuna gəlməyib və o, narazılığını baş məşqçi Ayxan Abbasova bildirib. Nəticədə Dadaşov növbəti oyunun - Ukrayna ilə görüşün iştirak ərizəsinə salınmayıb.

Hazırda Dadaşovun Ayxan Abbasov milli komandanın baş məşqçisi olduğu müddətdə milliyə çağırılıb-çağırılmayacağı sual altındadır.