Azərbaycanda gələn ilin büdcəsi artırıldı

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsinin gəlir və xərcləri ilkin variantla müqayisədə müvafiq olaraq 186 milyon manat və 155 milyon manat manat artırılıb.

Oct 16, 2025 - 01:14
Azərbaycanda gələn ilin büdcəsi artırıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində öz əksini tapıb.

Sənədə əsasən, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.