Azadlığa buraxılan Arzum bunu edə bilməz - Məhkəmə qadağa qoydu

Tiktoker İlduzə Hacıyevanın (Arzum) ev dustaqlığına buraxılması ilə bağlı məhkəmənin qərarının detalları məlum olub.

Jul 22, 2026 - 13:11
Azadlığa buraxılan Arzum bunu edə bilməz - Məhkəmə qadağa qoydu

SAVASHMEDİA.az xəbər verir ki, Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə kollegiyası müdafiə tərəfinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müraciətini təmin edib.

Qərar qəbul edilərkən Arzumun dörd azyaşlı övladının olması, həmçinin onlardan birinin ağır autizm xəstəsi kimi xüsusi qayğıya ehtiyac duyması əsas amillərdən biri kimi nəzərə alınıb.

Məhkəmə eyni zamanda ev dustaqlığı dövründə onun davranışı ilə bağlı məhdudiyyətlər də müəyyənləşdirib. 

Belə ki, Arzuma sosial şəbəkələrdən istifadə etmək qadağan olunub. Ona yalnız mobil telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlamağa icazə verilib.

Aytən