Azadlığa çıxan Rəqsanə ilk ona zəng edib ağladı - “Mənim üçün çox əziyyət çəkdin" + VİDEO
Dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova bir neçə saat əvvəl ev dustaqlığına buraxılıb.
SAVASHMEDİA.az xəbər verir ki, müğənnini qızları qarşılayıb. Jurnalistlərin suallarına heç bir cavab verməyən R.İsmayılova maşına əyləşib.
Qızı Aysun İsmayılova isə jurnalistlərə gəldikləri üçün təşəkkür edib və bütün suallara vəkil Hikmət Əliyevin cavab verəcəyini bildirib.
Rəqsanənin həbsdən çıxdıqdan sonra ilk danışdığı şəxslərdən biri prodüser Tarix Əliyev (Tolik) olub.
Tolik Rəqsanənin əhvalını soruşub, Rəqsanə isə ağlayaraq “Tolik, bircə sənin verilişinə çıxacağam, başqa heç hara çıxmaram. Sən mənim üçün çox əziyyət çəkdin” deyib.
Banu