Putinlə Kabayevanın övladları bu soyaddan istifadə edir - Niyə Spiridonov? + FOTO

Rusiya prezidenti Vladimir Putinin və Alina Kabayevanın oğulları sənədlərdə İvan və Vladimir Spiridonov kimi qoruyucu soyad alıblar. 

Oct 7, 2025 - 15:44
Putinlə Kabayevanın övladları bu soyaddan istifadə edir - Niyə Spiridonov? + FOTO

SAVASHMEDİA.az “Agentstvo” nəşrinə istinadən xəbər verir ki, bu barədə jurnalistlər Roman Badanin və Mixail Rubinin “Çar şəxsən özü” kitabında iddia edilir.

 “Qoruyucu soyad, görünür, ata xəttindən olan babanın atasının adı – Vladimir Spiridonoviç Putin ilə bağlıdır”, - deyə kitab müəllifləri qeyd ediblər.

Putinin ilk evliliyindən olan qızları Katerina Tixonova və Mariya Vorontsovanın da  uydurma soyadlar altında yaşadıqları vurğulanıb. Putinin nikahdankənar qızı Yelizaveta Rozovanın Fransada Yelizaveta Rudnova ad-soyadı altında yaşadığı bildirilir. 

Putin və Kabayeva oğulları ilə Kreml rəhbərinin Valday iqamətgahında xeyli vaxt keçirirlər. Kabayeva, oğulları və xidmətçiləri üçün taxtadan ayrıca saray, spa-mərkəzi, uşaq istirahət guşəsi və geniş park salınıb.

Xatirə SADİQ

Putinin övladları İvan və Vladimir Spiridonovlar