Həbsxanadan da "hər şey çox gözəl olacaq" dedi - Vəkili Berkay Gezginlə görüşüb

Müxalif Cümhuriyyət Xalq Partiyasının şüarına çevrilmiş “hər şey çox gözəl olacaq” sözlərinin müəllifi Berkay Gezgin İstanbulda keçirilən etiraz aksiyaları zamanı saxlanılıb.

Mar 26, 2025 - 16:13
Həbsxanadan da "hər şey çox gözəl olacaq" dedi - Vəkili Berkay Gezginlə görüşüb

Bu barədə Gezginin vəkili Cəmil Çiçək məlumat verib.

SAVASHMEDİA.az xəbər verir ki, 2019-cu il İstanbul bələdiyyə seçkilərində Əkrəm İmamoğlunun mitinqi zamanı həmin şüarı ilk dəfə 16 yaşlı Berkay Gezgin dilə gətirib. 

Berkay Gezgin vəkili ilə söhbətində həbsini “siyasi” adlandırıb və xalqı mübarizəyə səsləyib: “Hansı qərar verilsə də, biz günahsızıq. Yalnız mübarizə aparsaq, hər şey çox gözəl olacaq...”

Türkiyə mətbuatı xəbər verir ki, Gezgin Əkrəm İmamoğluna dəstək ifadə etmək üçün Eskişehirdən İstanbula gəlib.

Berkay Gezgin 2019-cu ilin martında İmamoğlunun seçki kampaniyası zamanı məşhurlaşdı. Onun “Əkrəm abi, hər şey çox gözəl olacaq” sözləri sonradan İmamoğlunun seçki kampaniyasının, eləcə də CHP-nin bütün mitinqlərinin əsas şüarına çevrilib.

Oğuz