Yeni rəhbər bilindi, Xameneinin yerinə onu seçdilər - RƏSMİ + YENİLƏNİB
Mərhum Ayətulla Seyid Əli Xameneyinin oğlu Müctəba Xamenei İranın yeni Ali Rəhbəri seçilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
***
22:42
İran yeni dini liderini seçib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İran Ekspertlər Şurasının üzvü məlumat verib.
O bildirib ki, İranın yeni Ali Rəhbəri Xamenei soyadını daşıyacaq:
“İranın yeni dini liderinin soyadı ölkənin keçmiş mənəvi lideri Ayətullah Əli Xameneinin soyadı ilə eyni olacaq”.
Bu isə o deməkdir ki, İranın yeni Ali Rəhbəri Xameneinin oğullarından biri olacaq. Lakin İran təhlükəsizlik səbəbindən Xameneinin hansı oğlunun Ali Rəhbər seçildiyini açıqlamayıb.
Xatırladaq ki, Seyid Əli Xameneinin Mustafa, Müctəba, Məsud ve Meysam adlı 4 oğlu var. Ali Rəhbər vəzifəsinə ən real namizəd Müctəba Xamenei göstərilirdi.
Banu
Müctəba Xamenei
Fotoda: Mustafa Xamenei
Fotoda: Məsud Xamenei