Rusiya DİN Şahin Şıxlinskini tapa bilmir - Səfirlikdə gizlənib?
Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski barəsində axtarış elan edilib.
SAVASHMEDİA.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin rəsmi məlumat bazasında Şıxlinskinin konkret olaraq hansı maddə ilə axtarışa verildiyi açıqlanmır.
Bu gün Yekaterinburq məhkəməsi dövlət məmuruna qarşı zorakılıq işi üzrə həbs edilən Şahin Şıxlinskinin oğlu Mütvalı barəsində həbs-qətimkan tədbirini qüvvədə saxlayıb.
Bundan əvvəl Şıxlinskinin oğlu “hakimiyyət nümayəndəsinə qarşı zorakılıq” işi ilə bağlı iki ay müddətinə həbs edilib.
Rusiya mətbuatı xəbər verir ki, Şıxlinski Moskvadakı Azərbaycan səfirliyinin binasında yerləşən oteldə gizlənə bilər.
Oğuz