“Azadlıq adası” da BRİKS-ə qoşulur – Kuba hökuməti Putinə müraciət etdi
Kuba hökuməti BRİKS-ə tərəfdaş dövlət kimi qoşulmaq üçün rəsmi müraciət edib.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyinin ikitərəfli əlaqələr məsələləri üzrə baş direktoru Karlos Pereyra X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, sorğu 2024-cü ildə BRİKS-ə sədrlik edən ölkənin prezidenti kimi Vladimir Putinə rəsmi məktubla göndərilib.
Qeyd edək ki, BRİKS-in növbəti sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. Kuba nümayəndə heyəti də iştiraka dəvət olunduğu məlum olub.
2024-cü ildə Azərbaycan və Türkiyə də BRİKS-ə qoşulmaq üçün rəsmi ərizələr təqdim ediblər.
Hazırda assosiasiyaya Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya daxildir.
Xatirə SADİQ