Azərbaycan Ermənistana 100 milyon dollar xeyir verib
Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan parlament üzvü Xaçatur Sukiasyan Yerevanın Azərbaycandan yanacaq aldığına görə 100 milyon dollara qənaət edəcəyini deyib.
SAVASHMEDİA.az xəbər verir ki, o, qənaət edilən bu məbləğin digər sahələrin inkişafı üçün istifadə ediləcəyini bildirib:
"Son 30 ildə Ermənistan həmişə müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər ərzində Ermənistana nəqliyyat yolları bağlanıb və nəqliyyat xərclərinə külli miqdarda vəsait xərclənib. Təxmini hesablamalara görə, əgər Ermənistan yanacaq istehlakının 80%-ni qonşularından almağa başlasaydı, ildə 80-100 milyon dollar qənaət edərdi".
Oğuz