Azərbaycan Prezidenti Danimarkada işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Danimarkaya yollanıb.

Oct 1, 2025 - 20:00
Azərbaycan Prezidenti Danimarkada işgüzar səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gedib.

SAVASHMEDİA.az xəbər verir ki, Kopenhagen şəhərinin beynəlxalq aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.