Azərbaycanda göydən qurbağa yağdı - Maraqlı VİDEONUN elmi İZAHI
Yevlax rayonunda qeyri-adi hadisə baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə yağışdan sonra əraziyə yüzlərlə xırda qurbağanın səpələndiyi görünür.
SAVASHMEDİA.az xəbər verir ki, yerli sakinlərin iddiasına görə, güclü yağış zamanı qurbağalar sanki göydən yağıb. Kadrlar qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və maraqla qarşılanıb.
Mütəxəssislərin sözlərinə görə, bu kimi hallar nadir hallarda müşahidə olunsa da, hadisənin elmi izahı var.
Belə ki, güclü tornado, su burulğanı və ya fırtına göl, çay və bataqlıqlardakı kiçik canlıları havaya qaldıraraq kilometrlərlə uzağa aparır. Hava axınlarının zəiflədiyi ərazilərdə isə həmin canlılar yerə düşür.
Beləliklə, xalq arasında "qurbağa yağışı" kimi tanınan bu hal əslində təbiətin nadir meteoroloji hadisələrindən biri hesab olunur.
Oğuz
Həmin görüntüləri təqdim edirik: