Müğənni Ayan yəhudilikdən imtina etdi - Dinini dəyişdi
Azərbaycanın tanınmış müğənnisi Ayan Babakişiyevanın son açıqlaması böyük marağa səbəb olub.
Sənətçi dinini dəyişdiyini elan edib:
"Son 3 ildə dinimi dəyişib İslamı, müsəlmanlığı qəbul etmişəm. Hüzur tapmışam, daha sağlam beyinə sahibəm. Ən xoşbəxt, ən çətin günümdə Allaha sığınırdım. Namaz qılanda hiss etdim ki, hüzurluyam. Yaralarım sağaldı. Çox üsyan edirdim: niyə belə oldu? Bu qədər yaxşılıq etdim, niyə şər, böhtan oldu? İslamı qəbul etmək mənə yaxşı təsir bağışladı".
SAVASHMEDİA.az xatırladır ki, çoxunun azərbaycanlı və müsəlman bildiyi müğənni Ayan Babakişiyevanın bu açıqlaması qeyri-müəyyənlik yaradıb.
Məsələnin məğzi isə ondan ibarətdir ki, əsl adı Samirə olan Ayan Babakişiyeva yəhudidir.
Aytən İbrahimova