“Putin və Zelenski görüşə hazır deyil” - Ərdoğan 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarlarının Türkiyədə ikitərəfli görüşə hazır olmadıqlarını bildirib. 

Sep 2, 2025 - 16:48
“Putin və Zelenski görüşə hazır deyil” - Ərdoğan 

SAVASHMEDİA.az “Milliyet”ə istinadən xəbər verir ki, o, bu barədə Çində ŞƏT sammitindən qayıdarkən bildirib.

Onun sözlərinə görə, Putinlə Alyaska sammitində yaşadığı nəticələri və bu görüşlərlə bağlı fikirlərini müzakirə edib: “Onun ABŞ prezidenti Donald Trampla görüşü çox önəmli idi”. 

Ərdoğan xatırladıb ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə bir neçə telefon danışığı zamanı Zelenskinin də Alyaska sammitinin nəticələri barədə fikirlərini öyrənib. 

“Mən həm cənab Zelenskinin, həm də cənab Putinin yanaşmalarını müsbət tapdım. Biz “Türkiyədə İstanbul prosesini davam etdirmək cəhdi ola bilər” deyəndə, o, bu məsələdə “niyə də olmasın” nöqtəsində idi. Lakin onlar hələ buna hazır deyillər”.

Tramp avqustun 15-də Alyaskada keçirilən sammitdən sonra və avqustun 18-də Ağ Evdə (Ukrayna prezidenti və Avropa liderlərinin iştirak etdiyi görüşdə) Zelenski ilə Putin arasında görüşə hazırlıqlara başlandığını elan edib.

Putinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Putin və Tramp arasında Zelenski ilə görüş barədə konkret razılaşma yoxdur.

Xatirə SADİQ