Tbilisiyə qatarla səfər üçün hansı sənədlər lazımdır? - SİYAHI

Bakı-Tbilisi reysi ilə səfər edəcək sərnişinlərdən hansı sənədlərin tələb olunduğu açıqlanıb.

May 25, 2026 - 15:27
Tbilisiyə qatarla səfər üçün hansı sənədlər lazımdır? - SİYAHI

SAVASHMEDİA.az xəbər verir ki, qatara minik üçün biletlə yanaşı, aşağıdakı sənədlərin təqdim olunması mütləqdir:

- Pasportun əsli (mygov-dan əldə edilmiş rəqəmsal versiya keçərli deyil)

- Gürcüstan tərəfinin tələblərinə uyğun olaraq səyahət sığortası

- 5 yaşadək bir uşaqla səfər üçün onun adına rəsmiləşdirilmiş pulsuz bilet

- Bir valideynlə səfər edən uşaq (-lar) üçün digər valideynin və ya başqa bir böyüklə (valideynsiz) səfər edən uşaq (-lar) üçün hər iki valideynin ayrı-ayrılıqda notarial qaydada təsdiqlənmiş etibarnaməsi

Qeyd edək ki, bu gün saat 23:10-da Bakı-Tbilisi qatarı uzun fasilədən sonra ilk səfərinin həyata keçirəcək.