Daha bir şəhər üsyançıların əlinə keçdi - Etirazlar sərhədimizdə, Astarada ara qarışdı
Xəbər verdiyimiz kimi, İranın İlam ostanının Abdanan və Məlekşahi şəhərləri faktiki olaraq ölkədə davam edən kütləvi etiraz aksiyalarının iştirakçılarının nəzarətinə keçib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, ötən günün sonuna doğri İranın Nişabur şəhəri də etirazçıların əlinə keçib.
Etirazçılar şəhərdə polis postları yandırılıb. Bundan başqa, Məşhəd şəhərində repressiv qüvvələrlə etirazçılar arasında qarşıdurma yaranıb.
Qeyd edilib ki, Kermanşah əyalətinin Gelanqərb şəhərində hiddətlənmiş insanlar repressiv qüvvələri qovub şəhərdən çıxarıblar.
Son məlumatlarda isə etiraz dalğasının Azərbaycanla sərhəddə yerləşən İranın Astara şəhərinə qədər yayılığı bildirlir.
Bildirilir ki, etirazçılar şəhərin mərkəzi küçələrində toplaşaraq ağır iqtisadi vəziyyətə və ticarətə tətbiq edilən məhdudiyyətlərə etiraz ediblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə gecə saatlarında vəziyyətin daha da gərginləşdiyi, etirazçıların aksiyanı davam etdirdiyi görünür.
Oğuz