Azərbaycanda kimlər hərbi xidmətə çağırılmır? - SİYAHI + SADƏ İZAH
Azərbaycanda bəzi şəxslərə hərbi xidmətdən möhlət hüququ verilir və ya onlar ümumiyyətlə xidmətə cəlb olunmurlar.
SAVASHMEDİA.az bu hüququn kimlərə şamil edilməsi ilə bağlı araşdırmasını təqdim edir. Beləliklə...
Təhsil alanlar
Təhsil alan şəxslər müəyyən yaş həddinədək möhlət hüququ qazanırlar:
Bakalavr tələbələri: 24 yaşa qədər
Magistr tələbələri: 26 yaşa qədər
Xaricdə əyani təhsil alanlar da bu qaydaya daxildir
Rezidentura və doktorantura tələbələri isə təhsili bitənədək möhlət alırlar
Doktoranturaya qəbul imtahanının birinci mərhələsini keçənlərə əlavə 3 aylıq möhlət verilir
20 yaşadək tam orta təhsilini bitirməyən şəxslər də çağırışdan müvəqqəti azad olunur
Ailə vəziyyətinə görə
Bəzi hallarda ailə vəziyyəti də möhlət hüququ yaradır:
I qrup əlil valideynin tək övladı olanlar
Üç və daha çox uşağı olan atalar
I qrup əlil həyat yoldaşına baxan şəxslər
18 yaşınadək və ya I qrup əlil bacı-qardaşına baxan və başqa baxan ailə üzvü olmayanlar
Bu kateqoriyada möhlət 30 yaşa qədər qüvvədə olur. Bu yaşa çatdıqda və möhlət davam edirsə, şəxs dinc dövrdə hərbi xidmətdən azad edilərək ehtiyata keçirilir.
Sağlamlıq səbəbi ilə
Müvəqqəti yararsız hesab edilənlərə 1 ildən çox olmamaqla, ümumilikdə 3 ilədək möhlət verilə bilər
Hərbi xidmətə tam yararsız olanlar isə hərbi qeydiyyatdan çıxarılır
Tam azadolma halları
Aşağıdakı şəxslər hərbi xidmətdən tam azad edilə bilər:
Elmi dərəcəsi (fəlsəfə doktoru və ya elmlər doktoru) olanlar
Başqa ölkədə hərbi xidmət keçmiş vətəndaşlar
Ağır cinayət törədib azadlıqdan məhrum edilən şəxslər
Hazırladı: Aytən