"Azəriqaz" abonentlərə artıq borc yazır? - İDDİA

““Azəriqaz” borc qəbzini təqdim etmir”.

Jun 10, 2026 - 17:21
Jun 10, 2026 - 18:10
"Azəriqaz" abonentlərə artıq borc yazır? - İDDİA

SAVASHMEDİA.az xəbər verir ki, bu şikayəti sosial şəbəkədə abonentlərdən biri yazıb.

O bildirib ki, borcu onlayn ödəsələr də, qəbz olmadığına görə artıq ödənişlər gəlir:

““Azəriqaz”dan necə soruşaq ki, bizə nə üçün qəbzi yazıb vermirlər? İnternetdə görüb ödəyirik. Amma çek yoxluğuna görə artıq ödənişlər gəlir. İki dəfə sabit tarif yazılır”.

Xatırladaq ki, “Azəriqaz” artıq uzun müddətdir, kağız borc qəbzlərini dövriyyədən çıxarıb. Abonentlərə borc və sərfiyyat məlumatları əsasən SMS bildirişləri və elektron sistemlər (sayt, mobil platforma və “104” qaynar xətt) vasitəsilə təqdim olunur.

Bununla belə, bu məsələ abonentlər arasında mütəmadi olaraq narazılıqlara səbəb olub. İddialara görə, bəzi hallarda abonentlərin hesablarına əlavə borclar yazılır. Abonentlər bildirirlər ki, məsələnin araşdırılması üçün müraciət etdikdə süründürməçiliklə üzləşirlər.

Banu